BuFinans — Məxfilik Siyasəti
Qüvvəyə minmə tarixi: 28 may 2026 Son yenilənmə: 12 oktyabr 2026
Qısa xülasə (TLDR)
- 🔒 Biznes mətnin (məhsul adı, müştəri adı, qeydlər) cihazından çıxmadan əvvəl AES-256-GCM ilə şifrələnir
- 🔑 Açar sənin cihazında yaradılır. Yeni telefonda daxil ola bilməyin üçün açarın şifrələnmiş kopyası cloud-da saxlanılır — parolun və ya recovery phrase-in olmadan biz onu aça bilmirik
- ⚠️ Məbləğlər, tarixlər, miqdarlar, statuslar, biznes adı və şəkillər şifrəsiz saxlanılır, amma onlara yalnız sənin hesabın çıxış edə bilir — həssas şəkil yükləmə
- 📱 Telefonundakı baza şifrələnmir; əvəzində o, iCloud və Android cihaz backup-larından kənarda saxlanılır
- 🤖 AI köməkçi sualını və ona cavab vermək üçün lazım olan biznes qeydlərini (müştəri və təchizatçı adları, telefonlar, məbləğlər, məhsul adları, tarixlər) OpenAI-yə göndərir. Model öyrətmək üçün istifadə olunmur
- ✋ AI ilk sorğudan əvvəl razılığını soruşur, razılığı Tənzimləmələr → AI ayarları bölməsində geri ala bilərsən
- 🚫 Reklam, analytics, data broker yoxdur
- 💳 Ödənişli plan: 14 günlük sınaqdan sonra ayda 25 AZN. Abunəliyinin bitmə tarixini və hesabına yazılmış ödənişləri saxlayırıq — kart nömrələrini heç vaxt saxlamırıq
- 🗑 Hesabını tətbiqin içində, dərhal silə bilərsən — Tənzimləmələr → Hesab → Profil məlumatları → Hesabı sil
1. Biz kimik
Bu Məxfilik Siyasəti BuFinans tətbiqinə (bundan sonra "BuFinans", "biz", "bizə") aiddir.
Operator: BuFinans (fərdi sahibkar tərəfindən idarə olunur; tezliklə BuFinans şirkəti olaraq qeydiyyatdan keçəcək). Bu sənəd şirkət qeydiyyatı tamamlandıqdan sonra yenilənəcək.
Veb sayt: bufinans.pro Əlaqə email: support@bufinans.pro
2. Bu Siyasətin əhatə dairəsi
Bu Siyasət aşağıdakılara aiddir:
- BuFinans iOS və Android mobil tətbiqləri
- bufinans.pro veb saytı
- Supabase Edge funksiyaları (AI emalı, hesab silinməsi)
Coğrafiya: bütün ölkələr. Yaş tələbi: 18+.
3. Topladığımız məlumatlar
3.1 Sənin verdiyin
| Növ | Misal | Saxlanma yeri |
|---|---|---|
| Hesab | Telefon nömrəsi, istəyə bağlı email, şifrə və qeydiyyatda qəbul etdiyin İstifadə Şərtləri ilə bu Məxfilik Siyasətinin versiyaları, qəbul etdiyin an ilə birlikdə | Supabase Auth (plaintext, hash), hesabla birlikdə saxlanılır |
| Profil | Ad, biznes adı | Cihaz + cloud (şifrəsiz, yalnız sənin hesabın çıxış edə bilir) |
| Biznes data | Satış, alış, məhsul, müştəri, borc | Cihaz + cloud (adlar, telefonlar və qeydlər şifrəli; rəqəmlər, tarixlər və statuslar şifrəsiz) |
| AI sorğular | Mətn və səs sualları, üstəgəl onlara cavab vermək üçün lazım olan biznes qeydləri | Cihaz (şifrəli) → OpenAI |
| Şəkillər | Qəbz, məhsul fotoları | Cihaz + cloud (plaintext) |
| Abunəlik və ödənişlər | Abunəliyin bitmə tarixi; hər ödəniş üçün: məbləğ, valyuta, ay sayı, üsul (nağd / köçürmə / kart / …), tarix və operator qeydi. Telefon nömrəsi ilə müəyyən edilən hesabına bağlıdır | Bizim cloud (Supabase). Cihazda yalnız cari status keşlənir |
| Dəstək mesajları | Tətbiqin Dəstək bölməsindən göndərdiyin mövzu və mesaj mətni | Bizim cloud (Supabase); hesabını silənə qədər saxlanılır və onunla birlikdə silinir |
3.2 Avtomatik toplanan
- Dil seçimi: Az / Tr / En / Ru
- Gündəlik AI istifadə sayğacı: hər gün üçün etdiyin AI sorğularının sayı (mətn və səs) — gündəlik limiti tətbiq etmək üçün serverdə saxlanılır. Heç bir mesaj mətni yoxdur və hesabınla birlikdə silinir
Abunəlik xatırlatmalarını (Şərtlər 5.3) tətbiq artıq bildiyi bitmə tarixindən çıxarıb cihazında planlaşdırır. Onları yaratmaq üçün heç yerə heç nə göndərilmir və bildirişin göstərilib-göstərilmədiyi bizə bildirilmir.
3.3 Üçüncü tərəfdən
- Ödənişləri hazırda prosessor deyil, biz özümüz qeyd edirik. Nağd, bank köçürməsi və ya kart ilə birbaşa bizə ödəyirsən, operator isə məbləği hesabına yazır. Üçüncü tərəf bizə sənin haqqında heç nə demir.
- Planlaşdırılır: tətbiq daxilində onlayn kart ödənişi (Azericard). İşə düşəndə kart məlumatlarını ödəniş prosessoru emal edəcək, biz yalnız ödənişin nəticəsini alacağıq — kart nömrəsini heç vaxt. Bu baş verməzdən əvvəl bu Siyasət və 6-cı bölmədəki sub-processor cədvəli yenilənəcək.
3.4 TOPLAMIRIQ (vacib)
- ❌ Yer məlumatı (GPS, IP-dən coğrafi yer)
- ❌ Telefon kontaktları və ya kalendar
- ❌ Browser fingerprinting
- ❌ Marketinq tracking və ya retargeting
- ❌ Üçüncü tərəf analytics (Mixpanel, Google Analytics, Amplitude — heç biri)
4. Məlumatları necə istifadə edirik (Qanuni əsas)
GDPR Art. 6 əsasında hər istifadənin qanuni əsası var:
| İstifadə | Qanuni əsas | İzah |
|---|---|---|
| Tətbiqi təqdim etmək (satış qeydi, AI cavabı) | Müqavilə (Art. 6(1)(b)) | Sən bizimlə xidmət müqaviləsi bağlayırsan |
| AI suallarına cavab vermək | Razılıq (Art. 6(1)(a)) | İlk AI sorğusundan əvvəl bir dəfə soruşulur; Tənzimləmələr → AI ayarları bölməsində geri alına bilər |
| Texniki dəstək | Müqavilə / Qanuni maraq | |
| Təhlükəsizlik, anti-fraud | Qanuni maraq (Art. 6(1)(f)) | Bizim və istifadəçilərimizin qorunması |
| Abunəlik və ödənişlərin idarə edilməsi | Müqavilə (Art. 6(1)(b)) | Nə ödədiyini və hansı tarixə qədər ödədiyini qeyd etmək — ödədiyin xidməti aldığın xidmət etmək üçün |
| Şərtlərə və bu Siyasətə razılığının qeyd edilməsi | Müqavilə / Qanuni maraq (Art. 6(1)(b), 6(1)(f)) | Hansı versiyaya və hansı anda razılıq verdiyini göstərə bilmək |
| Hesabını silmək | Müqavilə |
Marketing və ya reklam üçün məlumat istifadə etmirik.
5. Şifrələmə və təhlükəsizlik (açıq açıqlama)
5.1 ŞİFRƏLƏNƏN (cihazda, açar sənin əlində)
Aşağıdakı sahələr cloud-a yüklənməzdən əvvəl telefonunda AES-256-GCM ilə şifrələnir:
- Məhsul, müştəri, təchizatçı və xərc adları
- Daxil etdiyin telefon nömrələri (müştərilər, təchizatçılar)
- Qeydlər (notes)
- Kodlar və etiketlər
- Məhsul vahidləri, kateqoriya adları, atribut dəyərləri
- Ödəniş üsulu adları (məsələn "kart", "nağd")
AI chat tarixçəsi cloud-a yüklənmir: telefonunda şifrəli faylda qalır (bax 7.2).
Açar (BDK): 32 bayt (256 bit) uzunluğunda, sənin cihazında yaradılır.
Yeni telefonda daxil ola bilməyin üçün açarın şifrələnmiş kopyaları cloud-da saxlanılır (Supabase business_key_shares cədvəli): biri parolundan, biri BIP39 12-sözlü recovery phrase-indən alınan açarla bağlanır. Hər iki bağlayıcı açar Argon2id ilə alınır (m = 64 MB, t = 3 iterasiya) və heç vaxt bizə göndərilmir.
Vacib: açarı yalnız bu şifrəli formada saxlayırıq. Parolun və ya recovery phrase-in olmadan onu aça bilmirik — deməli şifrəli məlumatını oxuya bilmirik — və ikisi də bizdə deyil. Parolu unudub recovery phrase-i də itirsən, biznes datanı heç kim, o cümlədən biz, bərpa edə bilməz.
5.2 Şifrələnməyən sahələr
Aşağıdakı məlumatlar Supabase-də şifrələnmədən saxlanılır. Onları yalnız sənin öz hesabın oxuya bilər (Supabase Row-Level Security):
| Sahə | Qeyd |
|---|---|
| ⚠️ Məbləğlər, qiymətlər, miqdarlar, tarixlər, o cümlədən ödənişin növlərə bölgüsü (nağd / kart / köçürmə / nisyə) | Tək başlarına səni identifikasiya etmir; hesablamalar üçün lazımdır |
| ⚠️ Statuslar, sıralama və bayraq sahələri, kateqoriya atributlarının vahidləri | Hesablama, sıralama və filtr üçün lazımdır |
| ⚠️ Biznes adı, profildəki ad-soyadın | Profil məlumatı |
| ⚠️ Məhsul fotoları və xərc qəbzi fotoları | Gizli (private) storage bucket-də saxlanılır; texniki olaraq şifrələnə bilərdi, lakin v1.0-da plaintext-dir |
| ⚠️ Dəstək mesajları (mövzu və mətn) | Hesabını silənə qədər saxlanılır, onunla birlikdə silinir |
| ⚠️ Telefon nömrəsi (Supabase Auth) | Auth provider-in texniki tələbidir |
Tövsiyə: Yüklədiyin şəkillər (qəbz, məhsul fotoları) əvvəlcədən şifrələnmir. Bu səbəbdən kredit kart, şəxsi sənəd kimi həssas məzmun yükləmə.
5.3 TRANSIT-də şifrəli, emalda plaintext
- AI mətn sorğuları: cihazdan çıxanda TLS şifrəli, Edge funksiyada və OpenAI-də plaintext (emal üçün)
- AI-ın oxuduğu biznes qeydləri: suala cavab vermək üçün tətbiq cihazda sorğu icra edir və nəticəni sualla birlikdə OpenAI-yə göndərir. Nə soruşduğundan asılı olaraq bu, müştəri və təchizatçı adlarını, telefonları, məbləğləri, məhsul adlarını, tarixləri və borc qeydlərini əhatə edə bilər — əvvəlcə cihazda deşifrə olunur, deməli OpenAI-yə plaintext çatır
- Səs sorğuları (Whisper): TLS şifrəli kanal ilə Whisper-ə forward, emal bitənmə dərhal silinir, transcript log-a yazılmır
5.4 Təhlükəsizlik təcrübələri
- ✅ Bütün şəbəkə trafiki TLS 1.2+
- ✅ Bütün bağlantılar HTTPS istifadə edir
- ✅ Supabase Row-Level Security — yalnız öz hesabının datasını görürsən
- ✅ IAM rollarının ayrılması (service role mövcud yalnız Edge-də)
- ✅ SMS kod sorğuları üçün rate-limit (Supabase Auth)
⚠️ Heç bir sistem 100% təhlükəsiz deyil. Telefonuna güclü PIN/parol/biometrika qoy.
6. Üçüncü tərəf xidmət təminatçıları (sub-processors)
Aşağıdakı təminatçılar sənin məlumatına çıxış əldə edə bilər. Hər birinin öz Məxfilik Siyasəti var:
| Təminatçı | Məqsəd | Hansı data | Yer | Privacy Policy |
|---|---|---|---|---|
| Supabase Inc. | Cloud DB, Auth, Storage, Edge | Şifrəli: adlar, telefonlar, qeydlər. Şifrəsiz: rəqəmlər, tarixlər, statuslar, biznes adı, ad-soyad, şəkillər, dəstək mesajları. Hesab telefonu (Auth) | Aİ və ABŞ | supabase.com/privacy |
| OpenAI Inc. | AI chat (GPT modelləri) + voice (Whisper) | AI sorğusu və ona cavab vermək üçün lazım olan biznes qeydləri (plaintext), səs (silinir) | US | openai.com/policies/privacy-policy |
| Twilio Inc. | SMS OTP (Supabase Auth vasitəsi) | Telefon nömrəsi, SMS kodu | US | twilio.com/legal/privacy |
| Vercel Inc. | Web hosting (bufinans.pro) | IP ünvanı, browser headers | Global edge | vercel.com/legal/privacy-policy |
| GitHub Inc. (Microsoft) | Tətbiqin APK yükləmələrinin hostinqi | Yükləyəndə: IP ünvanın və sorğu məlumatları. Hesab məlumatın GitHub-a göndərilmir | US | GitHub Privacy Statement |
Heç bir reklam şəbəkəsi yoxdur. Heç bir data broker-ə satılmır. Heç bir affiliate tracking yoxdur.
7. AI emalı (xüsusi disclosure)
7.0 Əvvəlcə sənin razılığın
İlk AI sorğusundan — mətn və ya səs — əvvəl tətbiq bir dəfəlik bildiriş göstərir: OpenAI-nin adını və göndəriləcək məlumat növlərini sadalayır və razılığını soruşur.
- Rədd etsən heç nə göndərilmir və köməkçi işləmir
- Seçimin hər hesab üçün ayrıca yadda saxlanılır
- İstədiyin vaxt Tənzimləmələr → AI ayarları bölməsində geri ala bilərsən; bundan sonra köməkçi və səsli daxiletmə yenidən razılıq verənə qədər işləmir
Cavab verməzdən əvvəl Edge funksiyamız hesabının abunəlik statusunu yoxlayır; abunəlik bitibsə sorğu rədd edilir və OpenAI-yə heç nə göndərilmir.
7.1 Səs sorğuları (OpenAI Whisper)
- Səs telefonundan TLS şifrəli kanal ilə Edge funksiyamıza göndərilir
- Edge funksiya səs faylını OpenAI Whisper API-yə forward edir
- ✅ Səs faylı saxlanılmır — sorğu bitəndən sonra dərhal yaddaşdan silinir (Edge function kodunda yoxlanılıb)
- ✅ Transcript log-a yazılmır
- 2 MB-dan böyük səs faylları rədd olunur (anti-abuse)
7.2 Chat sorğuları (OpenAI GPT)
- Chat tarixçəsi telefonunda şifrəli faylda saxlanılır
- AI-yə göndərmək lazım olduqda cihazda açılır (decrypted)
- TLS şifrəli kanal ilə Edge funksiyamıza göndərilir
- Edge funksiya OpenAI Chat API-yə forward edir
- ✅ OpenAI API müqaviləsi: API müştəri datası model öyrətmək üçün istifadə olunmur; OpenAI onu sui-istifadə nəzarəti üçün 30 günə qədər saxlayır, sonra silir (OpenAI API data istifadəsi)
7.3 AI nə qərar VERMİR (GDPR Art. 22)
AI təklif verir — qərar SƏN verirsən:
- AI biznes təhlili göstərir ("satış 15% aşağı düşüb")
- Sən qərar verirsən nə etmək
- AI heç bir hesabını avtomatik bağlamır, ödəniş tutmur, hüquqi nəticə yaratmır
Bu, GDPR Art. 22-ə görə avtomatik qərar qəbulu (automated decision-making) sayılmır. Profilləşdirmə yoxdur.
8. Saxlama müddəti
8.1 Aktiv hesab
Hesabın aktiv olduğu müddətdə bütün məlumatın saxlanılır:
- Cihazında: lokal SQLite (Drift) bazası. Baza faylının özü şifrələnmir — 5-ci bölmədə təsvir olunan AES-256-GCM şifrələməsi 5.1-də sadalanan sahələri cloud-a sinxronlaşanda qoruyur. Buna görə tətbiq lokal datanı cihaz backup-larından kənarda saxlayır: iOS-da iCloud və iTunes backup-larına daxil edilmir, Android-də isə tətbiq backup-u və cihazdan-cihaza köçürmə söndürülüb
- Cloud-da: Supabase (adlar, telefonlar və qeydlər şifrəli; rəqəmlər, tarixlər, statuslar, biznes adı, ad-soyad, şəkillər və dəstək mesajları şifrəsiz — bax 5.2)
- Chat tarixçəsi: yalnız cihazda, AES-256-GCM şifrəli, heç vaxt cloud-da deyil
- Abunəlik və ödəniş qeydləri: bizim cloud-da, hesab mövcud olduğu müddətdə; hesab silindikdən sonra ödəniş qeydləri yalnız anonim formada qalır (bax 8.2)
Abunəliyin bitsə, heç nə silinmir. Hesab yalnız oxuma rejiminə keçir — hər şeyi aça və ixrac edə bilərsən — biznes datan isə sən hesabı silənə qədər qalır. Onun yox olacağı son tarix yoxdur.
8.2 Hesab silinməsi
Necə silirsən: tətbiqdə Tənzimləmələr → Hesab → Profil məlumatları → Hesabı sil. Parolunla təsdiqləyirsən və silinmə dərhal baş verir. Gözləmə müddəti yoxdur və geri qaytarıla bilməz.
Dərhal silinənlər:
- ✅ Hesabın özü və onunla birlikdə cloud-dakı bütün biznes datası — satışlar, alışlar, məhsullar, müştərilər, təchizatçılar, borclar, ödənişlər, kateqoriyalar və açarın şifrəli kopyaları
- ✅ Dəstək mesajların və gündəlik AI istifadə sayğacın
- ✅ Abunəlik qeydin (abunəliyin hansı tarixə qədər aktiv olduğu) — hesabla birlikdə silinir
- ℹ️ Ödəniş qeydlərin anonim qalır: məbləğ, valyuta, ay sayı, ödəniş üsulu və tarixlər bizim gəlir uçotumuz üçün saxlanılır, amma adın, telefon nömrən, hesab identifikatorun və ödənişə yazılmış qeyd silinir — qeyd artıq sənə bağlanmır
- ✅ Hansı sənəd versiyalarını və hansı anda qəbul etdiyinin qeydi — auth hesabının bir hissəsidir və onunla birlikdə gedir
- ✅ Yüklədiyin bütün şəkillər (qəbzlər, məhsul fotoları) cloud storage-dan
- ✅ Sildiyin cihazdakı bütün tətbiq datası, o cümlədən lokal baza, AI chat tarixçəsi və ixrac edilmiş hesabatlar
Tətbiqə çıxışın yoxdursa, əl ilə silinmə yolu üçün hesab silinməsi səhifəsinə bax.
Cloud təchizatçımız (Supabase) öz infrastruktur səviyyəsində backup-ları öz qrafiki ilə saxlayır; silinmiş data onlar yeniləndikcə oradan da yox olur. Biz o backup-ları oxuya və ya seçmə şəkildə redaktə edə bilmirik.
8.3 Qanuni öhdəliklərə görə uzun saxlama
Hesabını silmək biznes məlumatını birbaşa silir — onun kopyasını saxlamırıq, çünki sənin biznesinin qeyd aparanı deyilik. Yeganə istisna yuxarıdakı anonim ödəniş qeydləridir: onlar sənə yox, bizim gəlirimizə aiddir və kimə aid olduğu bilinmir.
Məhdud hallarda konkret datanı daha uzun saxlamalı ola bilərik:
- Kələk və ya sui-istifadə araşdırması: araşdırma bitənə qədər
- Hüquqi şikayət: işin həllinə qədər
Bu hallarda yalnız zəruri olan data saxlanılır, qalan silinir.
9. Sənin hüquqların — yurisdiksiya əsaslı
9.1 Aİ / UK istifadəçilər (GDPR + UK GDPR)
| Hüquq | GDPR Maddə | Mənası |
|---|---|---|
| Çıxış | Art. 15 | Hansı datanı saxladığımızı bilmək |
| Düzəliş | Art. 16 | Yanlış datanı düzəltmək |
| Silmə ("right to be forgotten") | Art. 17 | Bütün datanı silmək |
| Emal məhdudlaşdırma | Art. 18 | Müəyyən emalı dayandırmaq |
| Portativlik | Art. 20 | Datanı strukturlaşmış formatda almaq (Excel/PDF) |
| Etiraz | Art. 21 | Müəyyən emala etiraz |
| Şikayət | Art. 77 | Yerli Data Protection Authority-yə şikayət |
Bütün bu hüquqlar üçün email: support@bufinans.pro. Cavab vaxtı: 30 gün.
9.2 California istifadəçilər (CCPA / CPRA)
- Right to know — hansı datanı necə istifadə etdiyimizi
- Right to delete — datanı silmək
- Right to opt-out of sale — Biz heç vaxt data satmırıq (opt-out etməyə bir şey yox)
- Right to non-discrimination — bu hüquqları istifadə etsən, sənə fərqli rəftar etmirik
9.3 Azerbaijan istifadəçilər (Şəxsi Məlumatlar Haqqında Qanun, 2010)
- Çıxış hüququ (qanunun 22-ci maddəsi)
- Düzəliş hüququ
- Silmə hüququ
- Şikayət: Azərbaycan Respublikasının Şəxsi məlumatlar üzrə dövlət xidməti (State Service for Personal Data Protection)
9.4 Russia istifadəçilər (152-FZ) — XÜSUSİ QEYD
⚠️ BuFinans serverləri Rusiya Federasiyasında deyil. Rusiya 152-FZ qanunu Rusiya vətəndaşlarının şəxsi məlumatlarının Rusiya ərazisində ilkin saxlanmasını tələb edir.
BuFinans-dan istifadə etməklə sən bu məsələdə öz hüquqi vəziyyətini başa düşdüyünü təsdiqləyirsən. Tövsiyə: Rusiyada qanun məsləhətçisi ilə danış. Rusiya istifadəçi olduğun aydın olarsa, hesabını bağlaya bilərik.
9.5 Türkiyə istifadəçilər (KVKK)
KVKK Aydınlatma Metni daxilində hüquqların:
- Bilgi alma (verilerinizin işlenip işlenmediği)
- Düzəltmə
- Silmə (verilerin imhasını talep etme)
- İşləməyə etiraz
- Otomatik sistemlər vasitəsi ilə analiz edilməsinə etiraz
- Şikayet: KVKK Kurulu (kvkk.gov.tr)
10. Beynəlxalq köçürmələr
Sənin məlumatın bu yurisdiksiyalarda emal oluna bilər:
- Aİ (Supabase EU region)
- US (OpenAI, Twilio, Vercel, GitHub)
GDPR Art. 44-49 əsasında EEA-dan kənara köçürmələr hər təchizatçının öz data emalı şərtlərində nəzərdə tutulan təminatlara əsaslanır — bunlar adətən Avropa Komissiyasının Standard Contractual Clauses-larını və tətbiq olunduqda EU-US Data Privacy Framework kimi adequacy qərarını əhatə edir. Bundan başqa data minimization-a arxalanırıq: həssas mətn sahələri köçürülməzdən əvvəl sənin cihazında şifrələnir.
11. Uşaqlar
BuFinans 18 yaşdan kiçik istifadəçilər üçün nəzərdə tutulmayıb.
- COPPA (US): 13 yaşdan kiçik istifadəçilərdən bilərəkdən məlumat toplamırıq
- GDPR: Aİ üzv ölkələrində 16 yaşa qədər valideyn icazəsi tələb olunur — biz 18+ qaydası saxlayırıq
- Azerbaijan: 18 yaş — uyğunluq
Əgər 18 yaşdan kiçik istifadəçi olduğunu öyrənsək, hesab dərhal silinir.
12. Data Breach Notification
Əgər təhlükəsizlik insidenti baş versə (icazəsiz çıxış, data sızıntısı):
- ✅ 72 saat ərzində aşağıdakıları edirik (GDPR Art. 33-34):
- Yerli supervisory authority-yə xəbər veririk (Aİ istifadəçilər üçün)
- Sənə email + in-app bildiriş göndəririk
- Açıqlayırıq: nə baş verdi, hansı data təsirləndi, sənə nə etmək lazım
13. Bu Siyasətin dəyişdirilməsi
Bu Siyasəti yeniləyə bilərik.
Material dəyişikliklər (məsələn, yeni sub-processor, yeni data növü, yeni məqsəd):
- 30 gün əvvəl bildiriş (email + in-app)
- Bildirişdən sonra istifadəyə davam etmək = qəbul
Kiçik düzəlişlər (qrammatika, format): tarix yenilənir, ayrıca bildiriş göndərilmir.
Köhnə versiyalar talep üzərinə support@bufinans.pro-dan əldə oluna bilər.
14. Əlaqə və şikayət
Bizimlə əlaqə: support@bufinans.pro
Poçt ünvanı: BuFinans (qeydiyyat ünvanı tezliklə yenilənəcək — rəsmi şirkət qeydiyyatı tamamlandıqdan sonra)
Supervisory authorities:
| Region | Authority | Link |
|---|---|---|
| Aİ | Sənin ölkəndəki Data Protection Authority | edpb.europa.eu |
| UK | ICO | ico.org.uk |
| Azerbaijan | Şəxsi məlumatlar üzrə dövlət xidməti | TBC |
| Türkiyə | KVKK Kurulu | kvkk.gov.tr |
| California | California Attorney General | oag.ca.gov |
Sənəd versiyası: 1.5 Sonrakı yoxlama tarixi: Tətbiqin data ilə işləməsində növbəti ciddi dəyişiklikdə.